“Ukraynanı illərlə dəstəkləməyə hazırıq” – Oliver Daudenbackend

“Ukraynanı illərlə dəstəkləməyə hazırıq” - Oliver Dauden

“Böyük Britaniya, lazım gələrsə, Ukraynanı Rusiya ilə münaqişədə illərlə dəstəkləməyə hazırdır”.

KONKRET.az  “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu ölkənin Baş nazirinin müavini Oliver Dauden Nyu-Yorkda BMT Baş Assambleyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, rəsmi London Kiyevə nəyin bahasına olursa olsun, yardım edəcək: “Döyüş əməliyyatları, təcavüz dayandırılana qədər Böyük Britaniya Ukraynanın yanında olacaq. Nəyin bahasına olursa olsun! Həftələr, aylar, hətta lazım gələrsə, illərlə Ukraynanı dəstəkləyəcəyik”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*