Rus ordusunun bu gün tutduğu Ukraynanın Lisiçansk şəhərindəki inzibati binanın üzərində SSRİ bayrağı qaldırılıb.
“Unikal” xəbər verir ki, bu barədə TASS-a özünü elan etmiş Luqansk Xalq Respublikasının xalq milislərinin polkovnik-leytenantı Andrey Maroçko bildirib.
Bundan əvvəl şəhərin tamamilə müttəfiq qüvvələrin nəzarətinə keçdiyi bildirilmişdi.
19:17
Çeçenistan Respublikasının başçısı Ramzan Kadırov Ukrayna hərbçilərinin Lisiçanskda tam mühasirəyə alındığını elan edib.
KONKRET.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Çeçenistan lideri “Telegram” kanalında yazıb.
“Əməliyyat məlumatını hörmətli, Rusiya Qəhrəmanı Axmat-Xaji Kadırov adına xüsusi polis alayının komandiri Zamid Çalayev verib. Tezliklə şəhərə genişmiqyaslı hücum başlayacaq”, -deyə R.Kadırov əlavə edib.
