“Biz yekdilliklə qərara gəldik ki, Ukraynanı NATO-ya üzv olmağa rəsmən dəvət etmək vaxtı gələndə yalnız Ukrayna və təşkilat üzvləri qərar verməlidir. Bu, Moskvadan və Putindən heç bir şəkildə asılı deyil. Onun NATO-nun genişlənməsinə veto qoymaq hüququ yoxdur”.
KONKRET.az xəbər verir ki, bunu NATO-nun baş katibi Stoltenberq bildirib.
“Başqa bir mühüm məsələ Ukraynanın bu müharibəsində qalibiyyətlə bağlıdır. Çünki Ukrayna suveren, müstəqil, demokratik Avropa dövləti kimi mövcudluğunu dayandırarsa, o zaman onun NATO-ya üzvlüyü ilə bağlı müzakirələr mənasız olacaq”, – deyə NATO-nun baş katibi bildirib.
Rəsmiyyə Şərifova,
KONKRET.az
