ABŞ-ın Ukraynadakı səfirliyi yaxın bir neçə gün ərzində istənilən vaxt baş verə biləcək potensial kəskin hava hücumu barədə məlumat aldığını bildirib.
KONKRET.az Musavat.com-a istinadən xəbər verir ki, səfirlik ABŞ vətəndaşlarına hava hücumu xəbərdarlığı halında dərhal sığınacaq axtarmağa hazır olmağı tövsiyə edib
Qeyd edək ki, 9 may paradından əvvəlki günlərdə Ukrayna Rusiya ərazisinə dronlarla çoxsaylı zərbələr endirib. Həmin günlərdə Rusiya mətbuatı Vladimir Putinin Ukraynada “Oreşkin” adlı ballistik raketlə zərbə endirmək üçün hədəfləri müəyyən etməyi tapşırdığına dair məlumat yaymışdı.