Uşaqlar üçün sosial şəbəkələr, oyunlar və süni intellekt məhdudlaşdırılır – ŞOK QƏRARbackend

Uşaqlar üçün sosial şəbəkələr, oyunlar və süni intellekt məhdudlaşdırılır - ŞOK QƏRAR

Avropa Komissiyası 15 yaşından kiçik uşaqların sosial şəbəkələrə, video platformalara, onlayn oyunlara və süni intellekt çat-botlarına çıxışını məhdudlaşdıra biləcək “EU KIDS Act” qanun layihəsini hazırlayır.

KONKRET.az xəbər verir ki, tam qadağa nəzərdə tutulmur: 13 yaşınadək olan uşaqlar üçün hesabları yalnız valideynlər yarada və onlara nəzarət edə biləcəklər. 13-15 yaş arası yeniyetmələrə isə yad adamlarla ünsiyyətə məhdudiyyətlər, ekran vaxtı limitləri və valideyn nəzarəti tətbiq olunan “başlanğıc” hesablardan istifadə etməyə icazə verilə bilər. 15 yaşdan sonra isə yeniyetmələr müstəqil şəkildə adi hesablar yarada biləcəklər.

Bu təşəbbüs “TikTok”, “Instagram” və digər platformaların uşaqların psixi sağlamlığına mənfi təsiri ilə bağlı narahatlıqlarla əlaqədardır. Həmçinin xidmətlər istifadəçilərin yaşını yoxlamağa və “standart olaraq” təhlükəsizliyi təmin etməyə borclu ola bilər.

Təklif hələ də dəyişə bilər. Bundan sonra sənəd Aİ ölkələri və Avropa Parlamenti tərəfindən razılaşdırılmalıdır.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*