ÜST: Bir gündə 230 mindən çox yeni yoluxma aşkarlandıbackend

ÜST: Bir gündə 230 mindən çox yeni yoluxma aşkarlandı

Dünyada koronavirusa yoluxanların sayı 12,5 milyonu ötüb.

KONKRET.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Məlumata görə, son sutkada COVID-19-a 230 370 yoluxma qeydə alınıb, 5 285 pasiyent dünyasını dəyişib.

Beləliklə, dünyada təhlükəli virusa yoluxanların ümumi sayı 12 552 765 nəfər təşkil edir. Pandemiya ərzində ümumilikdə 561 617 nəfər COVID-19-dan ölüb.

Virusa ən çox yoluxma Şimali və Cənubi Amerikada qeydə alınıb. Qitə ölkələrində 6 540 222 nəfərdə koronavirus aşkarlanıb, 283 357 pasiyentin müalicəsi müsbət nəticələnməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*