Bu günə qədər dünyada 210 mindən çox insan koronavirusa yoluxub, 9 mindən çox ölüm hadisəsi qeydə alınıb.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə cümə günü Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adan Qebreyesus açıqlamasında bildirib.
O, qeyd edib ki, hər ölüm bir faciədir: “Virusun yayılmasını dayandırmaq üçün səylərimizi artırmalıyıq. Virusa qarşı mübarizədə mümkün olan hər şeyi etməliyik”.