Üsyançılar ordunun hazır vəziyyətə gətirilməsini əmr etdibackend

Üsyançılar ordunun hazır vəziyyətə gətirilməsini əmr etdi

Nigerdə hakimiyyəti ələ keçirən üsyançılar orduya hazırlıq vəziyyətinə gəlməyi əmr edib.

KONKRET.az-ın məlunatlna görə, Əl-Ərəbiyyə telekanalı xəbər verir ki, bu qərar Qərbi Afrika Dövlətləri İqtisadi Birliyinin müdaxiləyə başlamağa hazır olduqları barədə bəyanatından sonra qəbul edilib.

Telekanalın məlumatına görə, bu barədə üsyançıların hərbi şurası qərar verib. Şura potensial işğala qarşı əlavə qüvvələri səfərbər etmək niyyətindədir.

Qeyd edək ki, Nigerdə iyulun 27-nə keçən gecə devrilən prezident Məhəmməd Bazum ev dustaqlığındadır. Üsyançılar onlara müdaxilə olunarsa, prezidenti öldürəcəkləri ilə hədələyiblər. BMT-nin Baş katibi Antonio Quttereş Bazumun dərhal və qeyd-şərtsiz azad edilməsini və onun dövlət başçısı vəzifəsinə bərpasını tələb edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*