“Qarabağ savaşında ciddi insan itkiləri yaşadıq və bu itkilər barədə hələ də tam bir təsəvvürümüz yoxdur. Bununla paralel böyük maddi itkilərə məruz qaldıq. Və burada da aydın bir mənzərə yoxdur. Bütün suallara cavab vermək üçün əvvəlcə qiymətləndirmə aparmalı və hansı vəziyyətdə olduğumuzu düzgün təyin etməliyik. Lakin bu, müharibədən sonrakı gerçəkliklərdə və mövcud siyasi proseslərdə bir-iki günün işi deyil”.
KONKRET.az xəbər verir ki, bunu “Sputnik Armenia”ya iqtisadçı Vahaq Xaçatryan bildirib. O daha sonra əlavə edib ki, “Bank sisteminin zərərlərini isə qiymətləndirmək asandır. Çünki bura hər şeyin avtomatlaşdırıldığı rəqəmlər sistemidir. İnanıram ki, Mərkəzi Bank və kredit təşkilatları borclularla məsələnin həlli üçün bəzi variantlar təklif edəcəklər. Bu güzəştlər yalnız kommersiya bankları və kredit təşkilatlarının rıçaqları ilə deyil, həm də Mərkəzi Bankın köməyi ilə edilməlidir. Yəni Mərkəzi Bank, maliyyə təşkilatları və dövlət bu mövzuda birləşməlidir. Depozitlərə gəlincə, Ermənistan qanunvericiliyinə görə, onların təhlükəsizliyi dövlət tərəfindən təmin edilir. 1 dekabrda qüvvəyə minmiş əmrə görə, dövlət bundan sonra depozit müqavilələri üzrə 16 milyon AMD-yə qədər pul ödəməsini təmin etməlidir.
Kreditlər və depozitlərlə bağlı hər şey az-çox aydın olsa da, Qarabağdakı iqtisadi zərərlərin bərpası çox daha ciddi və uzun müddətli bir prosesdir. 2019-cu ildə Qarabağ ÜDM-si 400 milyon dollar oldu. Eyni ildə Ermənistan ÜDM-si isə 13 milyard 740 milyon dollar oldu. Faiz baxımından bunun çox kiçik olduğunu söyləyə bilərik. Amma Ermənistan iqtisadiyyatına təsir baxımından bu, böyük itkidir. Ona görə də bizi yaxın vaxtlarda ciddi iqtisadi sınaqlar gözləyir. Bu faktor həm büdcə planlaşdırılmasında, həm də hökumətin 2021-ci il üçün planlarında nəzərə almalıdır.
Qarabağın və Qarabağ iqtisadiyyatının itkisi faktı nəzərə alınaraq Ermənistan iqtisadi inkişaf konsepsiyasına yenidən baxmalıdır. Məsələn, əvvəllər Ermənistanda əkin sahələrinin 15-20 faizindən istifadə edilmirdisə, bu gün Qarabağda əkin sahələrinin itirilməsindən sonra iqtisadi zərərin əvəzini çıxarmaq üçün əkin sahələri genişləndirilməlidir.
Bundan əlavə, Qarabağla əlaqəli iş planları olan insanlar indi onları Ermənistana köçürməlidirlər. Xüsusən koronavirus kontekstində Ermənistanın kənd təsərrüfatı fəaliyyət göstərməyə və hətta böyüməyə davam etməlidir. Son 9 ayda Ermənistanda ticarət və xidmətlər sahəsi 19-29 faiz azalıb. Kənd təsərrüfatının ölkə iqtisadiyyatındakı payı isə 2-3 faiz artıb. Ona görə də hökumət təcili tədbirlər həyata keçirməlidir. Ölkə iqtisadiyyatında dövriyyənin 20 faiz azalması çox ciddi problemdir. Üstəlik, Qarabağın iqtisadi potensialının itirilməsi əlavə problemlər yaradır. Bir ildə üzləşdiyimiz bu qədər probleməri aradan qaldırmaq asan məsələ deyil. Amma buna küçə ticarəti və kənd təsərrüfatı məhsullarının istehsalının 2-3 faiz artırmaqla nail ola bilmərik. Ona görədə Paşinyan höküməti siyasi böhranla yanaşı, dərin iqtisadi böhranla da mübarizə aparmaq məcburiyyətindədir”.
KONKRET.az
