“Vaqner” qırıcıları Krım körpüsünə hücum edə bilərbackend

"Vaqner" qırıcıları Krım körpüsünə hücum edə bilər

Moskva “Vaqneritlər”in Krım körpüsünə hücum edəcəyindən qorxur.

KONKRET.az xarici mediaya istinadən bildirir ki, təhlükəsizlik səbəbindən hər bir avtomobil yoxlanıldığı üçün yarımadanın girişində maşınlar 7 saata qədər gözləməli olur.

Beynəlxalq kəşfiyyat birliyi InformNapalm da Krımda mümkün təxribat barədə xəbərdarlıq edib. Aydındır ki, indi ruslar ən çox “Vaqner”in təxribatından qorxurlar. Çünki əksər “Vaqner” döyüşçüləri onlara verilən seçimdən və özəl muzdlu dəstənin ləğvindən narazıdır.

Xatırladaq ki, iyunun 22-nə keçən gecə müvəqqəti işğal olunmuş Krımı Xerson vilayəti ilə birləşdirən Çonqar yaxınlığındakı körpüdə partlayışlar olub. Bir həftə əvvəl ruslar işğal altındakı Krımın pilotsuz təyyarələrin hücumuna məruz qaldığını bildirmişdilər.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*