Vaşinqton Ermənistan və Azərbaycana sülh sazişinin bağlanmasında yardımını davam etdirəcək .
KONKRET.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller bildirib.
“Biz inanırıq ki, sülh razılaşmasının əldə edilməsi hər iki tərəfin, regionun və bütün dünyanın maraqlarına uyğundur. ABŞ bundan sonra da səylərini davam etdirəcək”, – Miller Nikol Paşinyanla İlham Əliyev arasında görüşün ləğvini şərh edərkən deyib.
Qeyd edək ki, bir müddət əvvəl Aİ-nin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar bildirmişdi ki, Ermənistan və Azərbaycan liderlərinin Brüssel görüşü baş tutmayacaq.
Ariz Həsənoğlu,
KONKRET.az
