Venesuelada zəlzələ qurbanlarının sayı artdıbackend

Venesuelada zəlzələ qurbanlarının sayı artdı

Venesuelada baş verən dağıdıcı zəlzələ nəticəsində ölənlərin sayı 6 500 nəfəri keçib.

KONKRET.az xəbər verir ki, “Report”un məlumatına görə, bu barədə Venesuela Milli Assambleyasının sədri Xorxe Rodriqesin açıqlamasında bildirilib.

Son rəqəmlərə görə, zəlzələ nəticəsində 6 509 nəfər ölüb, 226 696 nəfər tibbi yardım alıb. Axtarış-xilasetmə əməliyyatları zamanı 6 462 nəfər xilas edilib.

Eyni zamanda 25 000-dən çox evə ziyan dəyib.

Zəlzələ iyunun 24-ə keçən axşam baş verib. Təxminən 40 saniyə ara ilə 7,2 və 7,5 maqnitudada iki yeraltı təkan qeydə alınıb. Onların episentrləri Yarakuy əyalətində 10 kilometr aralıda yerləşib.

Zəlzələdən sonra 1 500-dən çox afterşok qeydə alınıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*