“Vestnik Kavkaza”: “Erməni hərbçiləri Azərbaycan ərazilərində niyə qaldılar?”backend

"Vestnik Kavkaza": “Erməni hərbçiləri Azərbaycan ərazilərində niyə qaldılar?”

Son günlər Azərbaycan və Ermənistan gündəmini Köhnə Tağlar, Şuşakənd və Çaylaqqala kəndlərində baş verən hadisələr məşğul edib. Məsələ ilə bağlı verilən açıqlamalardan biri xüsusilə diqqəttimizi cəlb etdi. Belə ki, Azərbaycanın Xocavənd bölgəsindəki Hadrut şəhərinin “bələdiyyə başçısı” Vahan Savadyan qəribə bir açıqlama verib. Onun sözlərinə görə, ”Bu kəndlərin sakinləri daimi yaşayış yerlərinə qayıtmadılar. Çünki onların təhlükəsizliyi ilə bağlı məsələ həll olunmadı. Sülhməramlı qoşunlar kəndlərə yeridilməsə də, Azərbaycan hissəsindən təqribən 35-40 kilometr məsafədə yerləşdilər. Səbəblərdən biri də yaşayış məntəqələrinin 70 faizinin məhv olmasıdır, buna görə sakinlər geri qayıtmırlar. Əlbəttə ki, hər şey yenidən qurula bilərdi. Amma ilk növbədə təhlükəsizlik məsələsi həll olunmadı”. O əlavə edib ki, bu ərazilərdə silhalı ermənilər də var. “Hal-hazırda onlar Xtsaberd (Çaylaqqala ) kənarındakı dağlardadırlar.

Vahan Savadyanın dediklərindən belə çıxır ki, o yenidən geri dönüb vəzifəsini icra etmək istəyir. Amma bir şeyi unudur ki, artıq o, Azərbaycan kəndlərinə getmək məcburiyyətində deyil. Çünki bu kəndlər kimi Hadrut da Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilib. Və bu ərazilərdə artıq Azərbaycan qanunları işləyir. Ona görə də Savadyanın özünü Azərbaycanın nəzarətində olan bir şəhərin meri sayması sadəcə gülüş doğurur.

Xatırladaq ki, atəşkəs anlaşmasından sonra Azərbaycan tərəfi erməni silahlı birləşmələrinin geri çəkilməsi üçün şərait yaratdı. Bununla belə “itkin düşən” silahlı ermənilər Rusiya, Azərbaycan və Ermənistanın atəşkəs bəyanatını imzaladıqdan düz bir ay sonra Azərbaycan Ordusunun əsgərlərinə və mülki şəxslərə hücum etdi. Bundan sonra Azərbaycan tərəfi Rusiya sülhməramlıları ilə əlaqə quraraq bu əraziləri terrorçulardan təmizləmək üçün əməliyyat keçirdi.

O ki, qaldı mülki ermənilərin təhlükəsizlik məsələsinə. Bakı dəfələrlə bəyan etdi ki, bütün Dağlıq Qarabağ sakinləri orada Azərbaycan qanunları ilə dinc və ləyaqətlə yaşamağa davam edəcəklər. Azərbaycan prezidenti İlham Əliyev dəfələrlə bildirib ki, “Ermənilər bizim vətəndaşlarımızdır. Minlərlə erməni Azərbaycanın müxtəlif yerlərində, əsasən Bakıda yaşayır. Dağlıq Qarabağda yaşayan ermənilər təhlükəsizliyinin təmin olunacağına, maddi vəziyyətinin yaxşılaşacağına, daha yaxşı yaşayacaqlarına əmin ola bilərlər”. Bütün bunlardan sonra Savadyan kimilər hələ də köhnə qaydalarla yaşamaq istədiklərini söyləyirlər.

Çox güman ki, Köhnə Tağlar, Şuşakənd və Çaylaqqala kəndlərində qalan erməni hərbçiləri azad edilmiş Şuşaya yeni yolun tikintisinə əngəl olmağa çalışırlar. Amma onlar dərk etmirlər ki, bu hərəkətləri ilə sülh anlaşmasını pozurlar. Və onlar unudurlar ki, atəşkəs müqaviləsi imzalanmasaydı, çoxdan Azərbaycan Silahlı Qüvvələri Xankəndinə daxil olub şəhəri azad etmişdi. Belə olacağı təqdirdə Əsgəran, Xocavənd və digər ərazilər Azərbaycanın tam nəzarətinə keçmiş olacaqdı. Və çoxdan azərbaycanlıların Xankəndinə və Şuşaya köçü başlamışdı. Ona görə də sülhün pozulmamasına ermənilər daha çox diqqət yetirməlidirlər. Əks təqdirdə tezliklə yuxarıda dediyimiz proses başlaya bilər.

“Vestnik Kavkaza”,16 dekabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az

  • Namiq
    Dekabr 16, 2020 - 13:35

    Hörmətli Surxay müəllim Xankəndinə icra başçısı niyə təyin olunmur? Bu barədə maraqlanmısınız? Ona görə savadyan və başqa yanlar belə fikirdə olacaqlar

Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*