Vüqardan atasına sərt sözlər: “Ona haqqımı halal etmirəm”backend

Vüqardan atasına sərt sözlər: “Haqqımı halal etmirəm”

Müğənni Vüqar Muradov “Bazar düzü” verlişində qonaq olarkən ailə məsələləri haqda danışıb.

KONKRET.az xəbər verir ki, ifaçı atasından bəhs edib:

“Atam dünya gözəli insandır, ona canım da qurban. Amma kommunist fikirli adamdır. O sevgisini öz içində yaşadır, düşünür ki, uşağa həmişə qışqırılmalıdır. Başıma sığal çəkib oğlum dediyi olmayıb. Ona görə travmalıyam. Onun kimi ata olmayacam. Heç arzulamıram da. Əgər elə olacamsa,  Allah atalığı qismət eləməsin. Ətrafımda atam kimi valideynləri görəndə əsəbləşirəm, aqressiyamı göstərirəm. Sanki atam  fikirləşib ki, uşağın başına sığal çəksəm, pis olacaq. Əksinə həmişə ətrafımızdakı insanlardan misal gətirirdim ki, filankəs dayı oğluna, “balam”, “oğlum” deyə səslənir. Yəni bu qədərmi çətindir “balam” demək? Mənim  həyatda nəyəsə ehtiyacım olmayıb, bu qayğıdan başqa. İndi 68 yaşı var. Hələ də ətəyindən daşı atmayıb. Atmırsan, atma. Mən də atama haqqımı halal etmirəm”.

  • Elşen
    Aprel 18, 2021 - 11:58

    Gicbeser, onun senin uüstünde haqqı var, senin onun üstünde yox. Bu ele valideynin üzüne ağ olmaq kimi bir şeydir. Belelerinin sonu barede ise İslamda her şey deyilib!!! Sen “xoşbext” olacaqsan,gözle!

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*