Xaçmazda qanunsuz tikililər sökülür – VİDEObackend

Xaçmazda qanunsuz tikililər sökülür - VİDEO

Xaçmaz-Xudat yolunun kənarlarında olan qanunsuz tikililərin sökülməsi və ərazilərin abadlaşdırılması üçün işə başlanılıb. Konkret.az-ın şimal bürosunun verdiyi xəbərə görə, bu gün səhər saatlarında rayon rəhbərliyi və polis əməkdaşları həmin ərazidə reyd keçiriblər. Əraziyə cəlb edilən ağır texnikanın köməyi ilə 10-dan çox qanunsuz tikili yerindəcə sökülüb. Digər tikili sahiblərinə də bu barədə xəbərdarlıq edilib. Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının müavini Bəxtiyar Osmanovun verdiyi məlumata görə, bu işlər fasiləsiz olaraq davam etdiriləcək. Yol kənarında olan obyekt sahibləri ilə yanaşı yerli sakinlərə də bu istiqamətdə müəyyən tapşırıqlar verilib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*