Qarabağlı erməni qadın Azərbaycan pasportu istəyib.
KONKRET.az xəbər verir ki, Xankəndidən olan erməni qadın YouTube-da canlı yayımda ehtiyatda olan azərbaycanlı polkovnik, hərbi ekspert Üzeyir Cəfərovdan kömək istəyib.
“Cənab polkovnik Cəfərov, mən Şuşada doğulub boya-başa çatmışam. Oktyabr ayında (2020-ci il) oradan Stepanakertə (Xankəndi) qaçdıq.
Ailəmlə Azərbaycan pasportu almaq istəyirik. Bunu Stepanakertdə (Xankəndi) harada etmək olar?”, – deyə L.İ. Cəfərovun onlayn TV-də yayımı zamanı yazıb.
Azərbaycanlı hərbi ekspert cavab olaraq mövcud qaynar xətlə əlaqə saxlamağı tövsiyə edib. Cəfərovun sözlərinə görə, zəng edənlərin anonimliyi təmin edilir.
Xuraman Etibarlı,
KONKRET.az
