XƏBƏRDARLIQ: “Vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yaranacaq” – AÇIQLAMAbackend

XƏBƏRDARLIQ: "Vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yaranacaq" - AÇIQLAMA

Artıq iki gündür çimərllklərdə müşahidə edilən ciddi sıxlıq yoluxma təhlükəsini artırır.

Çimərliklər qaydalara və kvotalara uyğun vətəndaşları qəbul etsə də, ciddi problemlərin əsası qoyulur.

Doğrudur, çimərliklərdə təmizlik təmin olunur, təhlükəsizlik tədbirləri həyata keçirilir. Amma görünən odur ki, sakinlər cimerlik.az saytına müraciət etmədən çimərliklərə gedir ki, bu da sıxlıq və təhlükə yaradır.

Bununla bağlı KONKRET.az-a danışan Bakı Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Elmin İmanov bildirib ki, Şəhər İcra Hakimiyyəti və rayon icra hakimiyyətlərinin tabeliyində olan qurumlar tərəfindən çimərliklərə mütəmadi nəzarət olunur, mövcud vəziyyətin hansı istiqamətdə getdiyi ilə bağlı monitorinq aparılır: “Vətəndaşlarımıza məlumat üçün bildirmək istəyirik ki, çimərliyə üz tutmazdan öncə cimerlik.az saytına müraciət etsinlər.

Bu sayt vasitəsilə insanlarımız boş yerlər olan çimərliklər barəsində məlumat əldə edə bilərlər. Əks təqdirdə çimərliklərdə arzuolunmaz sıxlıq qaçılmazdır. Qeyd edim ki, vətəndaşlarımız buna əməl etməsə, böyük risklər yarana bilər. Bu baxımdan əməkdaşlarımız çimərliklərdə təmizliyin qorunub saxlanılması, vətəndaşlara qoyulan qaydala əməl etmələri ilə bağlı səsgücləndiricilər vasitəsilə mütəmadi məlumatlar verirlər. Çimərliklərdə tullantılar vaxtında daşınır.

Bununla belə yenə də müraciət edərək bildirmək istəyirəm ki, əgər biz gündəlik koronavirusa yoluxanların sayının artmasını istəmiriksə, çimərliklərə müəyyən olunmuş qaydalara uyğun üz tutmalıyıq. Bununla bağlı da vətəndaşlarımızdan diqqətli və məsuliyyətli olmalarını tələb edirik”.

Müsahibimiz onu da vurğuladı ki, Bakıda kifayət qədər çimərlik var. Və sakinlərdən tələb olunan sıxlıq olmayan çimərliklərə üz tutmalarıdır.

Nərgiz Mirzəyeva,

KONKRET.az

 

 

  • Behruz
    Avqust 9, 2020 - 15:08

    Yalan yalan danışmayın qaydaları emel etmeseler ciddi problemler olacaq hamsi yalan azererbaycan da virus deyilen bir şey yox öz ciblərini gudurler

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*