Xərçəngdən xəstəxanaya yerləşdirilən Ostin ilk dəfə ictimaiyyət qarşısına çıxdıbackend

Xərçəngdən xəstəxanaya yerləşdirilən Ostin ilk dəfə ictimaiyyət qarşısına çıxdı

ABŞ-ın müdafiə naziri Lloyd Ostin gizli xəstəxanaya yerləşdirildikdən sonra ilk dəfə .ictimaiyyət qarşısına çıxıb.

KONKRET.az xəbər verir ki, o, Ukraynanın hərbi ehtiyacları ilə bağlı keçirilən görüşə virtual olaraq evdən qatılıb.

Açılış nitqini söyləyən Ostin bir neçə dəqiqə canlı efirdə görünüb. Yayımda qısa fasilə olmasına baxmayaraq, Ostin səhhətindən bəhs etməyib. Lakin, p lakin Ukraynaya əlavə hava hücumundan müdafiə sistemlərinin verilməsini istəyib.

70 yaşlı Ostin prostat xərçənginin müalicəsi üçün dekabrın 22-də Merilend ştatındakı Valter Rid Milli Hərbi Tibb Mərkəzinə yerləşdirilib.  Onun xəstəxanaya yerləşdirilməsi dörd gün sonra məlum olub və Pentaqon yanvarın 9-dək Ostinin müalicəsinin səbəbini açıqlamayıb.

Ostinin prezident Co Baydenə xəstəxanaya yerləşdirilməsi barədə məlumat verməməsi qanunvericilərin tənqidinə səbəb olub və Ağ Evi təəccübləndirib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*