Sağalmaq üçün əvvəlcə traktorunu satdı, sonra kredit götürdü. Lakin sonradan tamamilə sağlam olduğunu öyrəndi.
KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, hadisə Salyan rayon sakini Şahmar Ağayevin başına gəlib.
Şahmar Ağayev iddia edir ki, ötən il mədəsində ağrılar olduğu üçün Salyan raynunda fəaliyyət göstərən “MED-Plaza”ya
üz tutub. Bu zaman o uzman həkimin yanına göndərilir. O bildirir ki, birinci dəfə həkimin yazdığı dərmanlar onun dərdinə çarə olmayıb.
İddiaya görə, Şahmarı müayinə edən həkim ona xərçəng diaqnozu qoyub. Həkimi Şahmara bildirib ki, müalicə dərmanları baha olsa da, onu sağaldacaq. Ölümlə üz-üzə qaldığını düşünən Şahmar vahiməyə düşüb. Beləliklə, Şahmar Ağayevə “xərçəngsən” deyib 11 manatını mənimsəyiblər.
Məsələ ilə bağlı sözügedən klinikadan “Xəzər Xəbər”ə bildirdilər ki, özünü həkim kimi təqdim edən Ramin Məhərrəmov klinikaya işə düzəlmək istəsə də sənədləri saxta olduğu üçün qəbul edilməyib.
“Şahmar Ağayevin Ramin Məhərrəmovla bağlı şikayətinin klinikaya heç bir bağlılığı yoxdur. Ramin Məhərrəmov xəstəxanda olarkən Şahmar Ağayevlə şəxsi münasibət quraraq onun evində həkim kimi xidmət göstərib”, -deyə klinikadan bildirilib.
Xəzər tv-nin hazırladığı videomaterialı təqdim edirik: