Köçəryanın deputat mandatı bu şəxsə verildibackend

Köçəryanın deputat mandatı bu şəxsə verildi

Ermənistanda “Ermənistan” blokunun parlament mandatlarının bölgüsü zamanı sabiq prezident Robert Köçəryanın deputat mandatını kimin əvəz edəcəyi məlum olub.

KONKRET.az xəbər verir ki, bu barədə blokun deputatı Aqnessa Hamoyan Sputnik Armenia-ya açıqlamasında bildirib.

Onun sözlərinə görə, 9-cu çağırış Milli Məclisdə “Ermənistan” bloku 12 mandat əldə edib.

Mandatlar, Robert Köçəryan istisna olmaqla seçki siyahısındakı ardıcıllığa uyğun bölüşdürüləcək. Bu səbəbdən deputat mandatı siyahıda 13-cü yerdə olan, hazırda İrəvan Ağsaqqallar Şurasının üzvü olan Mesrop Manukyana veriləcək.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*