Bu ərəb ölkələri bombalandıbackend

Bu ərəb ölkələri bombalandı

İran İnqilab Keşikçiləri Korpusu Qətərdə yerləşən ABŞ hərbi bazasındakı bəzi obyektləri hədəf aldığını açıqlayıb.

KONKRET.az xəbər verir ki, bəyanatda hücumların İrana qarşı həyata keçirilən əməliyyatlara cavab olaraq “16-cı əməliyyat dalğası” çərçivəsində baş verdiyi bildirilib. Açıqlamada Qətərdəki ABŞ-a məxsus yanacaq doldurma təyyarələri və radar sistemlərinin hədəfə alındığı, bəzi obyektlərin məhv edildiyi iddia olunub. İnqilab Keşikçiləri Korpusu daha əvvəlki əməliyyat dalğaları ilə bağlı da açıqlamalar verib.

Bildirilib ki, Bəhreyndə yerləşən Saxir Hava Bazası kamikadze dronlarla hədəfə alınıb. Həmçinin, Küveytdə raketdən müdafiə sistemləri, erkən xəbərdarlıq radarları, silah anbarları və raket buraxılış məntəqələrinin, Omanın Qanem bölgəsindəki hava idarəetmə radarı və Salameh qayalıqlarındakı dəniz idarəetmə radarının hədəfə alındığı açıqlanıb./metbuat.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*