Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldubackend

Fedorovun vəzifədən göndərilməsinin səbəbi bəlli oldu

Ukraynanın keçmiş müdafiə naziri Mixail Fedorovun vəzifədən uzaqlaşdırılmasının səbəbi dövlət sifarişlərinin müəyyən şirkətlərə verilməsinə mane olmasıdır.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, Fedorov Ukrayna Silahlı Qüvvələrinin Baş komandanı Aleksandr Sırski də daxil olmaqla ölkənin siyasi və hərbi rəhbərliyi ilə fikir ayrılığı yaşayıb. O, Baş Qərargahı qərarların peşəkarlıq deyil, şəxsi sədaqət prinsipi ilə qəbul edilməsində ittiham edib.

Nəşr yazır ki, Prezident Volodimir Zelenskinin müdafiə naziri vəzifəsini müvəqqəti icra edən təyin etdiyi Yevgeni Xmara ilə də gələcəkdə Baş komandan arasında fikir ayrılıqları yarana bilər.

Qeyd edək ki, Ukrayna Ali Radası yeni Nazirlər Kabinetinin 16 üzvünün təyinatını təsdiqləyib. Daha sonra Prezident Volodimir Zelenski Yevgeni Xmaranı müdafiə naziri vəzifəsinin müvəqqəti icraçısı, Andrey Sibiqanı isə xarici işlər naziri vəzifəsinin müvəqqəti icraçısı təyin edib. Onların daimi təyinatına avqustun 18-də parlamentdə müzakirə olunacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*