Rusiyada logistika mərkəzinə PUA hücumu – ölən və yaralananlar varbackend

Rusiyada logistika mərkəzinə PUA hücumu – ölən və yaralananlar var

Rusiyanın Tambov vilayətində yerləşən Kotovsk şəhərində iri logistika mərkəzinə pilotsuz uçuş aparatları (PUA) ilə zərbə endirilib.

KONKRET.az xəbər verir ki, ilkin məlumata görə, hücum nəticəsində Rusiyanın ən böyük onlayn ticarət platformalarından biri olan “Wildberries” şirkətinin logistika mərkəzində gecə növbəsində çalışan 7 nəfər həlak olub, daha 25 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.

Hazırda həmin şəxslərə Tambov və Kotovsk şəhərlərindəki xəstəxanalarda lazımi tibbi xidmətlər göstərilir.

Hadisədən sonra ərazidə yanğın baş verib, xilasedici və yanğınsöndürmə qüvvələri alovun söndürülməsi üçün əməliyyat keçiriblər.

Tambov vilayətinin qubernatoru Yevgeni Pervışov bildirib ki, hücum gecə saatlarında həyata keçirilib və zərərçəkənlərə tibbi yardım göstərilir. Rusiya rəsmiləri insidenti Ukrayna tərəfindən həyata keçirilən PUA hücumu kimi qiymətləndirirlər.

Ukrayna tərəfi isə hadisə ilə bağlı hələlik rəsmi açıqlama verməyib. Müstəqil mənbələr də zərbənin nəticələrini tam şəkildə təsdiqləməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*