Bakıda ötən gün itkin düşən bacı-qardaş polis əməkdaşları tərəfindən tapılıb.
Məlumata görə, itkin düşmə kimi axtarışı elan edilən iki azyaşlı polis əməkdaşları tərəfindən tapılaraq aidiyyəti üzrə təhvil verilib.
***10:22
Bakıda azyaşlı bacı-qardaş itkin düşüb.
KONKRET.az xəbər verir ki, Xətai rayonu, Zığ şosesi, 22 ünvanında yaşayan azyaşlılar – 2015-ci il təvəllüdlü Abbasov İbrahim Məhəmməd oğlu və 2018-ci il təvəllüdlü Abbasova Sədaqət Məhəmməd qızının həmin gün evdən çıxıb geri qayıtmayıblar.
Faktla bağlı Xətai RPİ-də araşdırma aparılır.
