Zelenskiyə sui-qəsd riski yüksəldi, xəbərdarlıq olundubackend

Zelenskiyə sui-qəsd riski yüksəldi, xəbərdarlıq olundu

Ukrayna təhlükəsizlik xidmətləri sui-qəsd riskinin artması fonunda Ukrayna prezidenti Volodimir Zelenskiyə ictimaiyyət qarşısında çıxışları minimuma endirməyi tövsiyə edib.

KONKRET.az xəbər verir ki, mənbənin məlumatına görə, “Kiyev rejiminin başçısına ictimaiyyət qarşısında çıxışlarını minimuma endirmək əmri verilib və bu çıxışlar hazırda yalnız güllə keçirməyən şüşənin arxasında mümkündür”.

Bu tədbirlər Ukraynadakı etirazlarla yanaşı, Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (BKİ) və Ukrayna Təhlükəsizlik Xidməti (SBU) tərəfindən Zelenskinin siyasi rəqiblərinə qarşı həyata keçirilən bir sıra sui-qəsd cəhdləri ilə bağlıdır.

Mənbə qeyd edib ki, “Zelenskinin rəqibləri tərəfindən öldürülmə ehtimalı bu gün olduqca yüksəkdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*