Ukrayna Prezidenti Volodimir Zelenski Polşa ilə münasibətlərin normallaşdırılması və tarixi yaddaşın bərpası istiqamətində mühüm addım atıb. O, ötən əsrdə Volın bölgəsində baş vermiş faciəvi hadisələrlə bağlı arxivlərin Polşa tərəfi üçün əlçatan olacağını bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ukrayna lideri ukrayna-polyak münasibətlərinə dair keçirilən xüsusi müşavirədən sonra məlumat verib.
Zelenskinin sözlərinə görə, Ukrayna TəhlüZelenski yaşıl işıq yandırdı: Arxivlər açılır kəsizlik Xidməti (SBU) və Xarici Kəşfiyyat Xidmətinin Volın faciəsi ilə bağlı gizli saxlanılan arxiv sənədləri tədqiqatçılar üçün açılacaq. Bundan əlavə, Kiyev Polşa tərəfinin bölgədə həyata keçirdiyi axtarış və ekshumasiya işlərinə verilən icazələrin sayını əhəmiyyətli dərəcədə artıracaq.
Ukrayna Prezidenti vurğulayıb ki, rəsmi Kiyev bu məsələdə ictimai dialoqun genişləndirilməsinə xüsusi önəm verir. Bu məqsədlə Ukrayna Milli Yaddaş İnstitutuna əlavə maliyyə dəstəyi və səlahiyyətlər veriləcək.
Qeyd edək ki, Volın faciəsi ilə bağlı arxivlərin açılması və birgə araşdırmaların dərinləşdirilməsi iki ölkə arasında tarixi ziddiyyətlərin aradan qaldırılması yolunda atılan strateji addım kimi qiymətləndirilir.
