Xersondakı işğalçı administrasiyanın şəhərin Ukraynanın nəzarətinə qaytarılmasının mümkünsüzlüyü ilə bağlı son bəyanatları onu göstərir ki, Rusiyanın uzunmüddətli perspektivdə bu şəhərə güclü siyasi və iqtisadi təsir göstərmək niyyəti var.
KONKRET.az xəbər verir ki, bu barədə Britaniya kəşfiyyatı məlumat yayıb.
“Rusiya martın əvvəlində Xerson şəhərini ələ keçirdikdən sonra rusiyapərəst administrasiya qurmaqla şəhər və ətraf rayonlar üzərində öz nəzarətini qanuniləşdirməyə cəhd etdi. Xersona və onun nəqliyyat əlaqələrinə uzunmüddətli nəzarət Rusiyanın şimal və qərbdə irəliləyişləri dəstəkləmək qabiliyyətini artıracaq və Krım üzərində nəzarətinin təhlükəsizliyini yaxşılaşdıracaq”, – məlumatda qeyd olunub. Axar.az
