Qazaxıstanın Almatı şəhərində cərrahlar xəstənin öd kisəsindən 1735 daş çıxarıblar.
KONKRET.az yerli mediaya istinadən xəbər verir ki, 62 yaşlı qadın ağrı, ürəkbulanma, qusma, ağız quruluğu şikayətləri ilə xəstəxanaya müraciət edib.
Belə ki, müayinədən sonra xəstə təcili əməliyyata götürülüb. Həkimlər onun öd kisəsindən diametri bir neçə millimetrdən 1,5 santimetrə qədər olan 1735 ədəd daş çıxarıb.

Əməliyyat uğurla keçib, xəstə növbəti ambulator müayinə üçün evə buraxılıb.
Mütəxəssislər qeyd ediblər ki, daşların sarı rəngdə olması xolesterinin yüksək olması ilə bağlıdır.

İqbal Rzayev,
KONKRET.az
