İranda məktəbli qız Xomeyninin şəklini kitabından qopardığı üçün öldürülüb.
KONKRET.az xəbər verir ki, bu barədə İranın “MOUZE” teleqram kanalı məlumat yayıb.
Məlumatda qeyd olunur ki, İranşəhrdəki Pərvin Etesami adına məktəbin 9-cu sinif şagirdi Xomeyninin şəklini kitabından qoparan Parmis Həmnava mühafizəçinin onun başına endirdiyi güclü zərbələr nəticəsində ölüb.

