“Ya intihar et, ya istefa ver” – Erməni ziyalıları Arayik Arutyunyana MƏKTUB GÖNDƏRDİLƏRbackend

"Ya intihar et, ya istefa ver" - Erməni ziyalıları Arayik Arutyunyana MƏKTUB GÖNDƏRDİLƏR

“Biabırçı məğlubiyyətdən sonra ya intihar et, ya da istefa ver”.

KONKRET.az xəbər verir ki, bu barədə erməni ziyalıların Qarabağdakı qondarma qurumun “prezident”i Arayik Arutyunyana ünvanladığı açıq məktubda deyilir.

“Son 16 ilin əsas siyasi xadimi olan “Arsax”ın hazırkı “prezident”i, görünməmiş böyük ərazi və insan itkiləri ilə yanaşı, 1994-cü ildə on minlərlə insanın həyatı bahasına görə əsas məsuliyyət daşıyır. Erməni oğlanları da hədər yerə öldü.

Qarabağ ermənilərinin taleyi Qarabağın, həm də Ermənistanın mövcudluğundan, eləcə də xaricdə yaşayan milyonlarla ermənidən asılıdır.

44 günlük müharibədə Qarabağ öz ərazisinin təxminən 70%-ni, Ermənistan ordusu 5 mindən çox insan, minlərlə ailə öz vətənlərini itirdi.

İnsanlar sizi ölən uşaqların və məhv olan evlərin, onların bədbəxtliklərinin və faciələrinin əsas günahkarı kimi görürlər.

Tarixin göstərdiyi kimi, ali komandirlər biabırçı məğlubiyyətdən sonra ya intihar edir, ya da istefa verir. Nə edəcəyinizə özünüz qərar verin”, – deyə məktubda bildirilir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*