Yeni Azərbaycan Partiyası (YAP) Nərimanov rayon təşkilatı Əmlak Məsələləri üzrə Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsini məhkəməyə verib.
KONKRET.az Pravda.az-a istinadən xəbər verir ki, bu barədə rayon təşkilatı Bakı İnzibati Məhkəməsinə müraciət edib.
Belə ki, rayon təşkilatı qeyri-yaşayış sahəsi üzrə mübahisələr barədə tələb irəli sürüb.
İş hakim Fərid Mədətlinin icraatına verilib.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyevdir.
