Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl bu addımı ATDILAR  – VİDEObackend

Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl bu addımı ATDILAR - VİDEO

Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl zəlzələdə həlak olanların xatirəsini yad ediblər.

KONKRET.az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Dünyada zəlzələlərdən ən çox əziyyət çəkən Yaponiyadan Türkiyəyə gələn xilasetmə qrupu artıq geri qayıdırlar.

Yapon xilasedicilər Türkiyəni tərk etməzdən əvvəl zəlzələdə həlak olanların xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Onların bu addımı hər kəsi təsirləndirib.

Yapon xilasediciləri Türkiyədən qayıtdıqdan sonra alqışlarla qarşılanıb.

Yaponiyada yaşayan etnik türklər Tokio hava limanında xilasediciləri yapon dilindən tərcümədə “təşəkkür edirəm” mənasını verən “arigato” yazıları ilə qarşılayıblar.

Həmin kadrları təqdim edirik:

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*