Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü – FOTO backend

Məşhur aşpazın yeganə övladı faciəvi şəkildə öldü - FOTO 

Dünən Yasamal rayonunda dəhşətli hadisə baş verib.

KONKRET.az xəbər verir ki, saat 14 radələrində Salyan rayon sakini 18 yaşlı Ş.Atayev Hüseyn Cavid prospekti 81 ünvanındakı binadan yıxılıb.

Çoxmərtəbəli binanın 13-cü mərtəbəsinin girişindəki eyvandan yıxılan gənc hadisə yerində ölüb.

Faktla bağlı prokurorluq tərəfindən araşdırma aparılır.

***

Musavat.com-un məlumatına görə, Şirməmməd Atayev məşhur aşpaz Azər Atayevin yeganə oğlu olub. O, 3-cü kurs tələbəsi idi. Mərhumun anası isə kollecdə müəllim kimi çalışır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*