“Yaxın Şərq münaqişəsinin həlli üçün son şansımız qalıb” – Borrelbackend

“Yaxın Şərq münaqişəsinin həlli üçün son şansımız qalıb” - Borrel

Aİ diplomatiyasının rəhbəri Jozef Borrell Fələstin-İsrail münaqişəsinin həllində “kollektiv uğursuzluqdan” danışıb.

KONKRET.az xəbər verir ki, o, bu barədə Brüsseldə Avropa səfirlərinin konfransında bildirib.

“Yaxın Şərqdə baş verən faciə israillilər və fələstinlilərin əvəzini ödədikləri kollektiv siyasi və mənəvi uğursuzluğun nəticəsidir”, – diplomat deyib.

Onun sözlərinə görə, bu uğursuzluğa Yaxın Şərq böhranının həllində iradənin olmaması səbəb olub.

Borrel vurğulayıb ki, beynəlxalq ictimaiyyət Yaxın Şərq münaqişəsinin uzunmüddətli həlli üçün son şansa malikdir.

“Bu, son fürsətdir, əgər iki dövlətli həll yolunda uğur qazanmasaq, o zaman özümüzü gələcək nəsillər üçün zorakılıq və qarşılıqlı nifrət spiralında tapacağıq”, – Borrell əlavə edib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*