“Yaxşı olar ki, Çavuşoğlu Zəngəzur dəhlizi ilə bağlı öz adından danışsın” – Mirzoyanbackend

"Yaxşı olar ki, Çavuşoğlu Zəngəzur dəhlizi ilə bağlı öz adından danışsın" - Mirzoyan

“Çavuşoğlu Zəngəzur dəhlizi ilə bağlı öz adından danışsın”.

KONKRET.az xəbər verir ki, bunu İrəvanda norveçli həmkarı ilə birgə keçirdiyi brifinqdə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Sputnik Ermənistan-ın sualını cavablandırarkən deyib.

O bildirib ki, Azərbaycan nümayəndələri danışıqlarda Laçın dəhlizi ilə rejim baxımından eyni olan Ermənistan ərazisindən keçən yolun açılmasını təklif etmirlər.

“Danışıqlar zamanı Azərbaycan nümayəndələri Laçın dəhlizi ilə eyni olacaq və eyni rejimli yolun olmasını nə təsdiq, nə də təklif edirlər. Əgər cənab Çavuşoğlu bu komponentlə bağlı bizimlə danışıqlara başlamaq istəyirsə, daha yaxşı olar ki, bunu öz adından desin”, – Mirzoyan deyib.

Xatırladaq ki, ötən gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib ki, Azərbaycan ədalətli şəkildə Laçın və Zəngəzur dəhlizlərinin eyni statusa malik olmasını tələb edir.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*