Yəməndə ildırım 13 nəfərin həyatına son qoydubackend

Yəməndə ildırım 13 nəfərin həyatına son qoydu

Yəmənin şimalındakı Həccə və Əmran şəhərlərində son 24 saat ərzində ildırım düşməsi nəticəsində 13 nəfər həyatını itirib, 21 nəfər isə yaralanıb.

KONKRET.az xəbər verir ki, bu barədə Husilərə bağlı “SABA” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, Həccə şəhərinin müxtəlif yerlərində ildırım düşməsi nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.

Əmran şəhərində isə dəfn mərasimi zamanı ildırım vurması nəticəsində 6 yəmənli qadın həyatını itirib, 13 nəfər xəsarət alıb.

Qeyd edək ki, BMT avqustun 12-də Yəməndə leysan yağışlar və daşqınlar nəticəsində 77 nəfərin həyatını itirdiyini açıqlayıb.

İqbal Rzayev,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*