Yeni kənd təsərrüfatı nazirinin VİDEOSUbackend

Yeni kənd təsərrüfatı nazirinin VİDEOSU

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin sərəncamı ilə Məcnun Qadir oğlu Məmmədov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri təyin edilib.

KONKRET.az xəbər verir ki, o, 2000-2004-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində, 2004-2006-cı illərdə isə Pakistanın Lahor İdarəetmə Elmləri Universitetində təhsil alıb.

Məcnun Məmmədov bundan əvvəl “PASHA Holding” MMC-nin Abşeronda zeytun və badam bağları salan “Grand-Agro” MMC-nin direktoru vəzifəsində çalışıb.

O, həmçinin “Agro Food Investment” MMC-nin direktoru vəzifəsində işləyib.

Qeyd edək ki, bundan öncə kənd təsərrüfatı naziri İnam Kərimov olub. Aprel ayını 4-də o, Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri təyin edilib.

Yeni nazirin videosunu təqdim edirik:

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*