Rusiyanın paytaxtı Moskvada qəribə müalicə üsulu işə düşüb.
KONKRET.az xəbər verir ki, kürək və çiyinlərdə ağrıları müalicə etmək üçün ilan terapiya müalicə metodu tətbiq edilir.
Məsələ burasındadır ki, zəhərsiz ilanlar pasiyentin kürək nahiyəsinə qoyulur. Bu üsulun hikməti odur ki, ilan dərisi bütün ağrı-acını özünə çəkir. Müalicə kursunda ağır çəkili pitonlardan da istifadə edilir. Müalicənin qiyməti bir kurs üzrə 50 min rubl dəyərindədir.
Rəsmiyyə Şərifova,
KONKRET.az