“Yeni qanun çoxpartiyalı sistemin inkişafına yol açmalıdır” – Partiya sədrindən AÇIQLAMAbackend

“Yeni qanun çoxpartiyalı sistemin inkişafına yol açmalıdır” – Partiya sədrindən AÇIQLAMA

Azərbaycanda siyasi partiyaların təsis edilməsi üçün yeni qaydalar müəyyənləşib. Bu qaydalara əsasən, Prezident, parlament və bələdiyyə seçkilərində ardıcıl olaraq 2 dəfə iştirak etməyən, üzvlərinin sayı 10 minə çatmayan partiyaların dövlət qeydiyyatına alınması mümkün olmayacaq. Bütün bunlar “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ilkin variantında öz əksini tapıb.

Mövzunu KONKRET.az-a şərh edən Ağ Partiya başqanı bildirib ki, bu, hələlik bir layihədir. Burada dil-üslub məsələsi də mühüm rol oynayır: “Çünki namizədin qeydə alınması sırf Mərkəzi Seçki Komissiyasından (MSK) asılıdır. Odur ki, hansısa partiya sırf qeydiyyatı ləğv olunmasın deyə  namizədliyini versə, bu zaman MSK da onu qeydə almasa, onda həmin partiyanın aqibəti necə olacaq?. Bu proses sırf subyektiv məsələlərdən asılı vəziyyətə salınıb. Düşünürəm ki, əsas partiyaların seçkilərdə iştirakla bağlı iradəsi olmalıdır. Məsələn, biz bələdiyyə seçkilərində iştirak üçün 500 namizəd veririk, amma heç birini qeydə almırlar. Belə olan halda Ağ Partiyanın seçkilərdə iştirak etmədiyini deyəcəklər. Namizədlərin qeydə alınması birbaşa MSK-dan asılıdır. Bu halda partiyaların taleyinin də Mərkəzi Seçki Komissiyasından asılı vəziyyətdə olacağını demək doğru olar. Düşünürəm ki, təkliflərin olması və müzakirələrin aparılması zəruridir. Əsas odur ki, müzakirələr getsin, nəticədə bütün partiyaların və siyasi səhnənin mövqeyi nəzərə alınmaqla normal qanun qəbul olunsun. Hansı ki, həmin qanun çoxpartiyalı sistemin inkişafına yol açmalıdır. Buna xidmət edəcək istənilən qanun layihəsinin qəbuluna tərəfdarıq”.

Tural Abbaslı: “Mənim üçün iki cins var – kişi və qadın, vəssalam” – Azlogos

Tural Abbaslının sözlərinə görə, çoxpartiyalı sistemi daha da iflic edəcək, partiyaları siyasi aktyor kimi səhnədən çıxaracaq istənilən qanunun əleyhinədirlər: “Ümumən götürəndə partiyaların üzvləri əhali sayına və siyasi aktivliyə görə hesablanmalıdır. On min üzvün olması məsələsi haradan qaynaqlanır? Nəyə əsasən bu qədər say tətbiq edilir? Türkiyə kimi ölkədə partiyaların üzvlərinin sayının 10 min olması tələbi qoyulur, çünki qardaş ölkənin 80 milyon əhalisi var. Azərbaycanda isə cəmi 10 milyon insan yaşayır. Üstəlik, adam sayını nəzarətdə saxlamaq da mümkün deyil. Çünki partiyalara insanlar üzv olurlar və ya tərk edirlər.  Həmçinin bu üzvlərin təhlükəsizliyi necə təmin olunacaq?. Bütün bunlar peşəkarcasına analiz edilməlidir. Məsələn, 10 min üzvün olub-olmadığını kim və necə yoxlayacaq? Üzvlərin təhlükəsizliyinə təminat veriləcəkmi? Bu məsələlər geniş müzakirəyə ehtiyac duyur. Ümumən, təşəbbüsü dəstəkləyirik. Çünki partiyaların vəziyyətinin yaxşılaşdırılması üçün yeni qanuna ehtiyac var. Amma yeni qanun xeyire işləməlidir, ziyan verməməlidir”.

Müşviq Tofiqoğlu,

KONKRET.az  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*