Panama bayrağı altında sement daşıyan yük gəmisi Tayvanın qərbində batıb.
KONKRET.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.
Bildirilib ki, hadisə bazar ertəsi axşam saatlarında Çjanxua şəhərinin sularında baş verib.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, hadisəyə səbəb gəminin əsas mühərrikində yaranan texniki nasazlıq olub.
Qəza zamanı göyərtədə olan 17 nəfərdən 5-i xilas edilib. 12 nəfər isə itkin düşüb.
Axtarış-xilasetmə əməliyyatı aparmaq üçün bölgəyə Tayvan patrul gəmiləri göndərilib.
İqbal Rzayev,
KONKRET.az
