Yük maşınını qaçıran şəxs qəza törətdi – VİDEObackend

Yük maşınını qaçıran şəxs qəza törətdi - VİDEO

Rusiyanın Murmansk vilayətində yük maşını ağır qəza törədib.

KONKRET.az xəbər verir ki, bu barədə REN TV məlumat yayıb.

Yanacaqdoldurma məntəqəsində oğurladığı yük maşınını qaçıran şəxs qarşı yola çıxıb.

Nəticədə turistlərin olduğu “Mercedes” mikroavtobusu ilə toqquşan avtomobil dörd nəfərin ölümünə səbəb olub.

Sürücü və 3 sərnişin müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

“Toqquşmaya səbəb olan ağır yük avtomobilinin sürücüsü yol polisi əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə aparılıb. Hazırda o, tibbi müayinəyə göndərilir”, – məlumatda deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*