Yunanıstan, Kipr və Ermənistanın xüsusi təyinatlı qüvvələri Yunanıstanın Attika bölgəsində əməliyyat hazırlığını təkmilləşdirmək üçün təlimlər keçirib.
KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın Milli Müdafiə Baş Qərargahı məlumat yayıb.
Noyabrın 6-dan 10-dək Attikanın Nea Peramos bölgəsində xüsusi təyinatlıların üçtərəfli birgə təlimi keçirilib: “Yunanıstan, Kipr və Ermənistan arasında 2023-cü il üçün Birgə Fəaliyyət Planının (JAP) bir hissəsi olan birgə təlim iştirakçılar arasında qarşılıqlı anlaşma səviyyəsinin habelə onların əməliyyat imkanlarının gücləndirilməsi üçün nəzərdə tutulub”.
Yunanıstan Milli Müdafiə Baş Qərargahının Xüsusi Əməliyyat Komandanlığının 1-ci Əməliyyat Tapşırıq Bölməsi də təlimə qatılıb. Təlimlərdə canlı atəşlər icra edilib, snayperlərin texnika və taktikası, qapalı məkanlarda manevrlər, əməliyyatların planlaşdırılması işlənib.
Ariz Həsənoğlu,
KONKRET.az
