Yunanıstanda eynicinslilərin nikahı qanuniləşdiriləcəkbackend

Yunanıstanda eynicinslilərin nikahı qanuniləşdiriləcək

Yunanıstan hökuməti eynicinsli cütlüklərin nikahına dair qanun layihəsini parlamentə təqdim edəcək.

KONKRET.az xəbər verir ki, bu barədə Yunanıstanın baş naziri Kiriakos Mitsotakis Nazirlər Kabinetinin iclasında bildirib.

Onun sözlərinə görə, vətəndaş nikahında bərabərlik haqqında qanun layihəsi bütün vətəndaşlar üçün bərabərliyə nail olmağa yönəlmiş mühüm addımdır. Bu, ilk növbədə artıq eyni cinsli valideynlərlə yaşayan uşaqları qorumaq məqsədi daşıyır. Bu uşaqlar bütün digər uşaqlar kimi hüquqlara malik olmalıdırlar.

Eyni zamanda, Mitsotakis əlavə edib ki, eynicinsli nikahlara qarşı çıxan kilsənin mövqeyini qəbul edir və ona hörmət edir.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*