Yunanıstanı isti “vurdu” – Bir sıra turzim yerləri bağlandıbackend

Yunanıstanı isti "vurdu" - Bir sıra turzim yerləri bağlandı

Yunanıstanda həddindən artıq istilər səbəbindən günorta saatlarında Akropol ziyarətçilərin üzünə bağlanıb.

KONKRET.az xəbər verir ki, paytaxt Afinada saat 12.00-17.00 arasında Akropola turist buraxılmayacaq. Yunanıstan Mədəniyyət Nazirliyindən verilən açıqlamaya görə, keçən il təxminən 4 milyon turistin ziyarət etdiyi Akropolda günorta saatlarında istilik 39 dərəcəyə çatıb.

İsti havaların təsirli olduğu Qərbi Trakya və Yunanıstanın mərkəzi bölgələrinin bəzi bölgələrində saat 12:00-dan etibarən məktəblər bağlanıb.

Meteorologiya Departamentindən verilən məlumata görə, sabah 40 dərəcədən yuxarı olacağı gözlənilən temperatur iyunun 14-ü cümə gününə kimi təsirini davam etdirəcək.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*