“Yuventus”un oyunçusu futboldan kənarlaşdırıldıbackend

“Yuventus”un oyunçusu futboldan kənarlaşdırıldı

“Yuventus”un futbolçusu Nikolo Faqioli mərc oynadığı üçün 7 ay müddətinə futboldan uzaqlaşdırılıb.

KONKRET.az xəbər verir ki, bu barədə “Sky Sport” xəbər verir.

Turin prokurorluğu artıq Faqiolinin 2024-cü ilin may ayına qədər futboldan uzaqlaşdırılmasını təsdiqləyib.

Xatırladaq ki, əvvəllər KİV-də yayılan məlumatda istintaqın Faqiolinin qanunsuz mərc oyunlarında iştirakını təsdiqləyəcəyi halda onun 3 il və ya daha çox müddətə diskvalifikasiya şəklində sanksiyalarla üzləşəcəyi, 25 min avro cərimə olunacağı bildirilirdi. Lakin sonradan 22 yaşlı oyunçunun qumara görə ciddi cəzadan yayınmaq üçün məhkəməyə müraciət etdiyi haqda məlumat yayılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*