Müdafiə Nazirliyinin Mərkəzi Ordu İdman Klubunun (MOİK) rəhbərliyində dəyişiklik edilib.
KONKRET.az xəbər verir ki, MOİK-in rəisi polkovnik Elxan Məcidov tutduğu vəzifədən azad olunub.
Müdafiə Nazirliyinin Mətbuat xidmətindən “report”un sorğusuna cavab olaraq bildirilib ki, həmin vəzifənin icrası müvəqqəti olaraq polkovnik-leytenant Mənsur Nəcəfova həvalə edilib.
Xatırladaq ki, Elxan Məcidov MOİK-ə 2019-cu ildən rəhbərlik edirdi.
