Zakir Həsənov Qusardakı Şəhidlər xiyabanını ziyarət etdi – VİDEObackend

Zakir Həsənov Qusardakı Şəhidlər xiyabanını ziyarət etdi - VİDEO

Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Qusar şəhəri ərazisindəki Şəhidlər xiyabanını ziyarət edib.

KONKRET.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan vətəndaşların xatirəsinə ucaldılmış abidə önünə gül dəstələri düzülərək ehtiram ifadə olunub.
Müdafiə naziri burada Qusar Rayonu İcra Hakimiyyətinin rəhbərliyi, şəhid ailələri və ictimaiyyət nümayəndələri ilə görüşüb.

Görüş zamanı Milli Qəhrəman Çingiz Qurbanovun atası Salman Qurbanov Vətən müharibəsində qazanılan qələbənin xalqımıza böyük sevinc yaşatdığını vurğulayaraq, şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəhid ailələri adından təşəkkürünü bildirib.

Şəhidlərimizin xatirəsinin Dövlətimiz tərəfindən hər zaman ehtiramla yad edildiyini diqqətə çatdıran Müdafiə naziri şəhid ailələrinin problemləri və istəkləri ilə maraqlanıb.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*