Zakir Qaralov yeni rəis təyin etdibackend

Zakir Qaralov yeni rəis təyin etdi

Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə yeni təyinat olub.

KONKRET.AZ xəbər verir ki, Baş prokuror Zakir Qaralov bu barədə əmr imzalayıb.

Əmrə əsasən Məmmədov Ceyhun Fəxrəddin oğlu Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarə rəisi təyin edilib.

Xatırladaq ki, Əməliyyat İdarəsinin rəisi Mürsəliyev Emin Ramiz oğlu bir neçə gün öncə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*