Gülər Şuşada texnikalara baxdıbackend

Gülər Şuşada texnikalara baxdı

Türkiyənin müdafiə naziri Yaşar Gülər Azərbaycanın ev sahibliyi etdiyi, Türkiyə və Özbəkistanın iştirakı ilə keçirilən “Birliyin Gücü-2026” təliminin “Seçkin müşahidəçi günü” tədbirlərində iştirak edir.

KONKRET.az xəbər verir ki, Yaşar Gülər Baş Qərargah rəisi, ordu generalı Səlcuq Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Quru Qoşunları komandanı ordu generalı Mətin Tokel və Hərbi Hava Qüvvələri komandanı ordu generalı Rafət Dalkıranla birlikdə Şuşada təlimin keçirildiyi əraziyə gedib.

Yaşar Gülər Azərbaycanın müdafiə naziri, ordu generalı Zakir Həsənovla birlikdə təlim ərazisində nümayiş etdirilən və təlim zamanı istifadə olunan silah, sursat və texnikalara da baxış keçirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*