Banklar haqqında ŞOK AÇIQLAMA: “Əsl səbəb korrupsiya yox, budur”backend

Banklar haqqında ŞOK AÇIQLAMA: "Əsl səbəb korrupsiya yox, budur"

Tanınmış iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov son günlər cəmiyyətdə müzakirələrə səbəb olan bank əməliyyatları və Maliyyə Monitorinqi Xidmətinin əsl fəaliyyət mexanizmi ilə bağlı diqqətçəkən açıqlama yayıb.

KONKRET.az xəbər verir ki, hüquqşünas qaldırılan məsələlərin arxasında duran əsl səbəbləri təhlil edib. O qeyd edib ki, bankların Maliyyə Monitorinqi Xidmətinə müəyyən məbləğdən artıq əməliyyatlar barədə məlumat verməsi tələbi yeni deyil və qanunvericilikdə onsuz da mövcuddur: “Çünki sivil dünya bizdən çirkli pulların yuyulmasına və korrupsiyaya qarşı mübarizə aparmağı tələb edir, biz də guya ki, mübarizə aparırıq”.

Əkrəm Həsənov bildirib ki, Azərbaycanda məmurlar və onların ailə üzvləri üçün gəlir bəyannaməsi mexanizmi işləmədiyindən, bu quruma ötürülən məlumatların korrupsiyaya qarşı mübarizəyə heç bir aidiyyəti yoxdur: “21 ildir ki, bəyannamənin forması təsdiq edilmir. Buna görə də istəyirsən gündə 1 milyon manat köçürmə et, soruşsalar, de ki, “babamdan qalıb”. Bəyannamə olmadıqda pulun qanunsuz yolla əldə edildiyini sübut etmək mümkünsüzdür”.

Hüquqşünas vurğulayıb ki, Maliyyə Monitorinqi Xidmətinə məlumatların ötürülməsində əsl məqsəd başqadır: “Əsl səbəb vergi yığımıdır. Vergi Xidməti də, Maliyyə Monitorinqi Xidməti də İqtisadiyyat Nazirliyinə tabedir. Reallıqda hər ikisi büdcəni doldurmaqla məşğuldur. Kiminsə korrupsiya ilə məşğul olması onları maraqlandırmır, onları yalnız vergi maraqlandırır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*